3 ümumitəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı prokurorluq orqanlarına müraciət edilib

Ötən tədris ilində Bakı şəhər üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 15 təhsil müəssisənin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant,1 günüuzadılmış qrup rəhbəri vəzifədən azad edilib.

Məlumata gpörə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər görülüb

“Müxtəlif təşkilat və vətəndaşlardan Daxili Nəzarət Sektoruna 426 müraciət daxil olub, onlardan 416 müraciət əsaslandırılaraq müvafiq qaydada cavablandırılıb, 10 müraciət isə hazırda icraatdadır. Səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallar nəticəsində 3 ümumitəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyatı üzrə prokurorluq orqanlarına gondərilib”- deyə o bildirib.

17030,86 manat məbləğin dövlə büdcəsinə qaytarılıb

Bakı şəhər üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim,1 uşaq birliyi rəhbəri intizam məsuliyyətinə cəlb olunub: “Bundan başqa 16 təhsil müəsisəsinin rəhbəri, 3 direktor müavini, 78 müəllimə xəbərdalıq edilib. Görülən tədbirlər nəticəsində artıq ödənilmiş 17030,86 manat məbləğin dövlə büdcəsinə qaytarılması təmin edilib” – deyə Məhəbbət Vəliyeva əlavə edib.