ABŞ-da milli qvardiyanın təyyarəsi qəzaya uğrayıb

Çərşənbə axşamı ABŞ-ın Arizona ştatında milli qvardiyanın 162-ci eskadrilyasına məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə eskadrilyanın “Twitter”də yerləşdirilən məlumatında deyilir.

“Arizona milli qvardiyası ilə təlim keçən F-16 15:00 radələrində Safforddan 20 mil şimal-qərbdə yerə düşüb. Xilasetmə əməliyyatı aparılır”, – deyə məlumatda qeyd olunur.