AŞPA həmməruzəçiləri Azərbaycana səfər edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda Azərbaycana səfər edib.

Abzas.net xəbər verir ki, səfər çərçivəsində onlar Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri, ədliyyə naziri, Parlamentin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşəcəklər.

Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər və həbsdə olan şəxslərin vəkilləri ilə görüşmək niyyətindədirlər.

Onların həbsdə olan şəxslərlə fərdi söhbət aparmaq üçün müraciət etdikləri də bildirilir.