ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya səfər edib

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristijan Vigenin Bakıda səfərdədir.

Abzas.net xəbər verir ki, Kristijan Vigenin sentyabrın 25-i Azərbaycana gəlib.

Vigenin bu gün Xarici İşlər Nazirliyində, sabah isə Azərbaycan Diplomatik Akademiyasında və Milli Məclisdə görüşlər keçirəcək.

K.Vigenin-in vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşü gözlənir. Görüşlərdə Dağlıq Qarabağ və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Səfəri zamanı Kristijan Vigenin Masazırda məskunlaşan Zəngilan və Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşüb.

Bu barədə Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü deputat Tahir Mirkişili məlumat verib.

ATƏT PA-nın xüsusi nümayəndəsinin Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfəri gözlənilir.