ATV-nin keçmiş prezidentindən açıqlama

“Kim nə yazır, nə danışır özü bilsin, Allahı bilsin. Məni narahat etməyin. Vəzifədən gedənin arxasınca danışarlar”

Abzas.net xəbər verir ki, bu sözləri ATV kanalının keçmiş rəhbəri Vuqar Qaradağlı deyib.

Qaradağlı Bizimyol.info sayıtının əməkdaşına belə cavab verib: “Nə istəyirsiz, əl çəkin məndən. Mənim heç kimə pisliyim keçməyib. Kim nə yazır, nə danışır özü bilsin, Allahı bilsin. Məni narahat etməyin. Vəzifədən gedənin arxasınca danışarlar.”

Vuqar Qaradağlı bildirib ki, işdən çıxarılmasında başqa səbəb axratmaq lazım deyil.

“Mən ömürlük vəzifəmdə qalan deyildim ki, mən ATV kanalına gedəndə orda nə stat var idi, nə department. Bu istiqamətdə və telekanalın proqramlarının müsbət istiqamətə dəyişməsinə çalışdım.Kanalın texniki bazasını düzəltdim, ən müasir texnikalar alınıb. İşləmişəm, indi də təsisçilərin qərarı ilə işdən çıxmışam. Burda başqa heç nə axtarmaq lazım deyil. Mən ömür boyu harda işləmişəm, dövlətimə ləyaqətlə xidmət etmişəm” – deyə ATV kanalının keçmiş rəhbəri bildirib.

ATV telekanalının prezidenti Vüqar Qaradağlı vəzifəsindən uzaqlaşdırılıb. Onunla bərabər kanalın bir neçə yüksək vəzifəli şəxsi işdən azad edilib. İddialara görə, baş verənlər Turan İbrahimova və onun verilişində hakimiyyəti tənqid etməsinə görə olub.