Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Bakıya gəlib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinə yeni təyin olunmuş rəhbəri Kestutis Jankauskas Bakıya gəlib. 

Abzas.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Kestutis Jankauskas bu gün etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Jankauskas bu vəzifədə Malena Mard-ı əvəzləyib.