Avropa Parlamentinin sədri: “Avropa İttifaqı qapılarını Türkiyəyə açıq saxlamaq məcburiyyətindədir”

“Avropa İttifaqı Türkiyə ilə qaçqın problemi, terrora qarşı mübarizə kimi mövzuları müzakirə etmək üçün qapılarını açıq saxlamaq məcburiyyətindədir”.

abzas.net xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Antonio Tajani “Politico” saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə edam hökmünü bərpa edərsə, o zaman Avropa İttifaqı ilə dialoqun kəsilməsi ehtimalı daha çox olacaq: “Türkiyə ilə Avropa İttifaqı arasında gömrük əməkdaşlığına dair anlaşmanın yenilənməsi ikitərəfli əlaqələrdən asılıdır. Türkiyə ilə davamlı olaraq müzakirələr aparmalıyıq. Yalnız belə olarsa, bəzi məsələlərdə Türkiyənin davranışının dəyişə bilərik”.