Azərbaycanda bu il 164 945 nəfər 1-ci sinifə gedəcək

2017/2018-ci tədris ilində Azərbaycanda 1-ci siniflərə gedəcək şagirdlərin sayı açıqlanıb.

Bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumat verib.

Yeni tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 945 şagird gedəcək: “Bu rəqəm ötən illə müqayisədə artıb. Belə ki, 2016/2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird birinci sinifə getmişdisə, 2017/2018-ci tədris ilində belə uşaqların sayı 164 945 nəfər olacaq”.