Bakı əhalisinin sayı 0.3% artıb

2017-ci ilk yarısında Bakı şəhərinin əhalisinin sayı 8 min nəfər və ya 0,3% artaraq iyul ayının 1-i vəziyyətinə 2 milyon 253 min 800 nəfərə çatıb.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat verib.

Əhalinin 49,7%-ini kişilər, 50,3%-ini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1053 nəfər olub.

2017-ci ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.