Beynəlxalq Əmək Təşkilatının statistikası — “40 milyon insan qul kimi yaşayır”

Beynəlxalq Əmək Təşkilatı dəhşətli hesabatını açıqlayıb

Abzas.net xəbər verir ki, hesabata əsasən, dünyada quldarlığın müasir forması var və 40.3 milyon insan qul kimi yaşayır. Qulların dördə üç hissəsini isə qadınlar və qızlar təşkil edir.

Qeyd edilir ki, 24.9 milyon insan məcburi qaydada fabrik, tikinti meydançası, ferma, balıq müəssisələrində işləyir, qeyri-qanuni seks sənayesində və xidmətçi kimi fəaliyyət göstərir. 15.4 milyon insan isə razılıq vermədən nikaha girib.

Hesabata əsasən, qulların dörddə üç hissəsi, yəni 28.7 milyon nəfəri qadınlar və qızlardır. Hər dördüncü qul yetkinlik yaşına çatmayan insandır.

Statistikaya əsasən qadınların 99%-i seks-sənayesində çalışır. 40 faizi isə məcburi əməyin qurbanı, 84 faizi isə zorla ərə verilən qadınlardır.

Bununla yanaşı dünyada 5-17 yaş arası 152 milyon uşaq və yeniyemə işləmək məcburiyyətindədir. Uşaq əməyi sahəsində liderlik Afrika ölkələri və Asiya-Sakit Okean regionuna məxsusdur.