Brüsseldə Azərbaycanla Aİ arasında yeni danışıqlar başlayır

Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək

Abzas.net xəbər verir ki, görüşdə investisiya və ticarətə dair məsələlər müzakirə olunacaq. Görüşdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edəcək.

Bundan başqa, sentyabrın 29-dək Brüsseldə Aİ ilə Azərbaycan arasında Yeni Tərəfdaşlıq Prioritetləri və müzakirə ediləcək və yeni saziş üzrə danışıqların növbəti mərhələsi baş tutacaq.