Bu gün tarixi oyun baş tutacaq: Çelsi – Qarabağ

Bu gün, sentyabrın 12-də “Qarabağ” futbol klubu Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında 2017-2018 mövsümü üzrə qrup mərhələsində mübarizəyə başlayacaq.

Abzas.net xəbər verir ki, qarşılaşma “Stemford Bric” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Matç Tasos Sidiropulosun başçılıq etdiyi yunanıstanlı hakimlər heyəti tərəfindən idarə ediləcək.

2017-ci ildə “Qarabağ” Qafqaz və Azərbaycanda tarixində ilk dəfə Çempionlar Liqasına yüksələn komanda oldu.

“Çelsi” klubu isə qitənin ən nüfuzlu turnirinin daimi iştirakçılarından olsa da, ötən mövsüm Çempionlar Liqasında iştirak etməyə haqq qazana bilməmişdi. Səbəb komandanın İngiltərə Premyer Liqasını 10-cu pillədə başa vurması idi. Bu mövzum ingilis klubu nüfuzlu turnirdə iştirak etməyə haqq qazandı.

Beləliklə, ilk dəfə bu gün Azərbaycan və İngiltərə premyer liqalarının qızıl medalçıları qarşılaşacaqlar.

Çempionlar Liqası, qrup mərhələsi

C qrupu

22:45. “Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Anastasios Sidiropulos

Yan xətt hakimləri: Polyxronis Kostaras, Lazaros Dimitriadis

Əlavə köməkçi hakimlər: Xaralambos Kaloqeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)

Hakim-inspektor: Paulius Maljinskas (Litva)

UEFA nümayəndəsi: Mixal Martinyak (Slovakiya)

London, “Stemford Bric” stadionu

Qrupun digər görüşündə İtaliya “Roma”sı İspaniya “Atletiko”su ilə üz-üzə gələcək.

Əvvəlki məqaləBu gecə cəbhədə gərginlik olub
Növbəti məqalədəNeftin qiyməti aşağı düşüb