Daha bir inanclı fəalın oğrulandığı deyilir

Daha bir inanclı fəal naməlum şəxslər tərəfindən oğurlanıb

Abzas.net xəbər verir ki, sentyabrın 21-i, saat 18:00 radələrində Bəhruz Quliyevi işlədiyi “Diqlas” ticarət mərkəzindən mülki geyimli şəxslər qara rəngli “cip” maşınına əyləşdirərək, naməlum istiqamətə aparılblar.

Onların sözlərinə görə, Bəhruz Quliyevdən hələ də heç bir məlumat yoxdur. Bəhruz Quliyevin kimlər tərəfindən və harada saxlanıldığı məlum deyil.

Üç gündə iki adam oğruluğu?

Sentyabırın 19 Müsəlman Birliyi Hərəkatının sədr müavini Əhsən Nuruzadə evinin qarşısında naməlum şəxslər tərəfindən oğurlanmışdı.

Yaxınlarının verdiyi məlumata görə, məlumata görə, Ə. Nuruzadə sentyabırın 19-u saat 14:00 radələrində evinin qarşısında naməlum şəxslər tərəfindən qara “cip” markalı maşına otuzdurularaq aparılıb.

Yaxınları ondan məlumat ala bilmədiklərini bildirirlər.