Dünya Bankının vitse-prezidenti Bakıya gəlir

Sentyabrın 18-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller (Cyril Muller) Azərbaycana səfər edəcək.

Abzas.net xəbər verir ki, onun səfəri 2 gün çəkəcək.

Səfər çərçivəsində S.Müllerin ölkə prezidenti və hökumətin iqtisadi blokuna daxil olan rəsmilərlə görüşü nəzərdə tutulur. Qonağın Dünya Bankı ilə Azərbaycan arasında əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə Bakıda təşkil olunacaq rəsmi tədbirdə iştirakı da gözlənilir.

Hazırda qurumun Azərbaycanda 11 aktiv layihəsi var.