Dünya birjalarında neftin qiyməti qalxıb

Dünya birjalarında neftin qiyməti qalxıb.

Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar və ya 0,80% artaraq 47,86 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,25 dollar və ya 0,46% artaraq 54,03 dollar olub.