Ermənistan deputatları Azərbaycana səfərdədirlər

Ermənistan parlamentinin deputatları Avronest və BMT-nin təşkilatçılığı ilə keçirilən tədbirlə əlaqədar Azərbaycan gəliblər.

Abzas.net xəbər verir ki, Ermənistanı tədbirdə iki nəfərdən ibarət nümayəndə heyəti təmsil edir.

Tədbir Milli Məclisdə Azərbaycan parlamentinin, Avronest Parlament Assambleyasının və BMT-nin Azərbaycan Nümayəndələyinin təşkilatçılığı ilə keçirilir.

Konsransın mövzusu “Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi” adlanır.

Tədbirdə Ermənistan heyəti ilə yanaşı ‘Avronest’-ə üzv dövlətlərin nümayəndələri də iştirak edirlər.

Ermənistanı bu ölkənin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Ashotyan, onun köməkçisi Aram Barseqyan və heyətin digər üzvü Mane Tandilyan təmsil edir.