“Foreign Policy”: ABŞ-ın BMT-dəki daimi nümayəndəsi yeni dövlət katibi ola bilər

FILE - In this Aug. 26, 2013, file photo, South Carolina Republican Gov. Nikki Haley announces her candidacy for a second term in Greenville, S.C. The Democratic Party claims to be the natural home for women, but the faces of the nation’s governors tell another story. Democrats have just one female governor in their ranks. And the GOP, often accused of waging a “war on women,” boasts four, an advantage that gives Republicans a powerful tool in the broader political fight to attract women voters. (AP Photo/ Richard Shiro, File)

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli dövlət katibi postunda Reks Tillersonu əvəz edə bilər.

“Report” xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri hökumətdəki mənbələrinə istinadən yazıb.

“Ötən həftə Tillersonun gedişi və Heylinin onun yerini tutacağı barədə davamlı şayiələr yayıldı”, – adının açıqlanmasını istəməyən məmur bildirib.

Dövlət Departamentinin bir neçə keçmiş və hazırda işləyən rəsmiləri nəşrə açıqlamalarında şayiələrin Tillerosnun publika önünə az-az çıxması və məsələn, İranın nüvə sazişinə əməl edib-etməməsi, KXDR-in reket sınaqları kimi önəmli xarici siyasət məsələlərinə dair kifayət qədər bəyanatlar verməməsi ilə bağlı olduğunu vurğulayıblar.

Dövlət Departamentinin nümayəndələri Tillersonun publika önünə çıxmadan da fəal çalışdığını bildiriblər. Lakin qurum Tillersonun mümkün istefası haqqında rəsmi mövqe bildirməyib.