God Nisanov Beynəlxalq Bankın Moskvadakı torpaq sahəsini almaq istəyir

Yəhudi əsilli azərbaycanlı milyarder, Moskvanın daşınmaz əmlak kralı God Nisanov Azərbaycan Beynəlxalq Bankının Moskvanın mərkəzindəki torpaq sahəsini almağa maraq göstərir.

Abzas.net xəbər verir ki, bunu milyarder özü “Forbes”ə danışıb. Söhbət Azərbaycan Beynəlxalq Bankının Arbat küçəsindəki torpaq sahəsindən gedir. Bank həmin ərazidə tikinti layihəsi həyata keçirməyi planlaşdırmışdı.

“Biz bu layihəyə daxil olmaq istədik, Azərbaycan Beynəlxalq Bankının layihəsidir. Lakin bizim üçün hələlik heç bir perspektiv görmürəm. Onlar hələ bu sahəni necə satmağı müəyyən etməyiblər. Əvvəlcə onlar danışıqlara çıxdılar, sonra dayandırdılar. Onların həmin obyekti satma niyyəti barədə əminlik yoxdur. Ona görə də hazırda bizim planımızda belə layihə yoxdur”- God Nisanov deyib.