Niderlandda diktatorların nümayişi üçün səyyar muzey açılıb [Foto]

Niderland Helsinki Komitəsi Hollandiyanın bir neçə böyük şəhərində “Diktatorluqlar gecəsi – Güclü liderlər, yoxsa diktatorlar?” adlı tədbir çərçivəsində səyyar muzey təşkil edib. 

Abzas.net Niderland Helsinki Komitəsinin məlumatına əsasən xəbər verir ki, sentyabrın 8-nə qədər muzey vətəndaşlara və turistlərə xidmət göstərəcək. Səyyar muzeydə dünya diktatorları ilə bağlı materiallar nümay olunacaq.

Muzey diktatorları diri muzey eksponatları kimi təqdim edir və onlar haqqında ətraflı məlumat verir.

Səyyar muzey Niderland Helsinsk Komitəsi və “Amnesty International”ın dəstəyi ilə təşkil olunub.

Kampaniya çərçivəsində yayılan fotolardan biri

Kampaniyanın məlumatına görə, Azərbaycan və Rusiyada insan hüquqları ilə problemli vəziyyət mövcuddur. Hər iki ölkənin liderləri – prezident Əliyev və Putin, getdikcə avtokratik hala gəlirlər.

“Onlar siyasi müxalifətə təhlükə yaradır və vətəndaş cəmiyyətini, müxalif təşkilatları və mətbuatı zəiflədirlər”.

Məlumatda deyilir ki, bu ölkələrdən son dövrlər bir çox müxalif və müstəqil fəal həbs cəzası alıblar və əsassız şəkildə xəyanatdə ittiham olunublar.

Sərgidə həmçinin Suriya prezidenti Bashar Assad, Kubanın keçmiş lideri Fidel Castro, Şimali Koreyanın ali lideri Kim Jong-un nümayiş olunacaq.

“Diktatorluqlar gecəsi” səyyar muzeyi Niderlandın 4 böyük şəhərində – Amsterdam, Rotterdam, Utrex və Haaqada təşkil olunur.