Hakimiyyətin 2.8 milyardlıq əməliyyatını ifşa edən sayt Azərbaycanda bloklandı

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) rəsmi internet saytı Azərbaycan ərazisində bloklanıb. 

Abzas.net xəbər verir ki, bu gün günorta saatlarından artıq Azərbaycan ərazisində bu təşkilatın internet resursuna giriş məhdudlaşıb.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi Azərbaycan hökuməti ilə bağlı yeni “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmasın dərc edəndən sonra, sayta Azərbaycan ərzaisindən girmək mümkün olmayıb.

Xatırlatma

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi Azərbaycanın pulyuyan maşını adlı yeni araşdırma edib.

Araşdırmada deyilir ki, Azərbaycan hökumətinin 2012 və 2014-cü illər arasında fəalları və jurnalistləri ucdantutma həbs etdiyi vaxtlarda, ölkənin hakim elitası məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq və başqa vasitələrlə mənfəətləmək üçün istifadə edib.