İlham Əliyev Meksika prezidentinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Meksikada zəlzələ nəticəsində insan tələfatı ilə bağlı Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nyetoya başsağlığı verib.

Abzas.net xəbər verir ki, İlham Əliyev baş verən hadisələrə kərədləndiyini bildirib.

“Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanlarıın tezliklə sağalmasını arzulayıram”. – deyə o qeyd edib.