İraqda terror aktı törədilib: 74 nəfər ölüb, 93 nəfər yaralanıb

İraqın cənubunda yerləşən Di-Kar vilayətində terror aktı törədilib.

Abzas.net xəbər verir ki, bu barədə “Al-Jazeera” məlumat verib.

Terrorçular Nəsirə şəhərindən qərb istiqamətində yerləşən kafeyə hücum ediblər, eləcə də Di-Kar və Mutanna vilayətləri aralığında maşını partladıblar.

Terror aktı nəticəsində 74 nəfərin öldüyü, 93 nəfərin xəsarət aldığı bildirilir.

Bu barədə vilayətin səhiyyə departamentinin rəhbərinin müavini Abdel Husein al-Jabri məlumat verib.

Ölənlər arasında İran vətəndaşlarının da olduğu qeyd edilir.

“Sky News Arabia” kanalının məlumatına görə, İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.