Keniya prezidenti Ali Məhkəmənin qərarına hörmət edəcəyini bildirib

Uhuru Kenyatta

Şənbə günü Keniya prezidenti Uhuru Kenyatta deyib ki, ölkənin ədliyyə sistemində problem var və bu problem həll olunmalıdır.

O bu sözləri, Ali Məhkəmə ötən ay qalib gəldiyi seçkinin nəticələrini ləğv edib, 60 gün ərzində yeni seçkinin keçirilməsinə çağırandan bir gün sonra söyləyib.

“Bizim bir problemimiz var və bu problem həll olunmalıdır”, deyə Kenyatta Yubiley partiyasından qubernatorlar və digər rəsmilər ilə görüşəndən sonra Nayrobidəki prezident iqamətagahında söyləyib. Lakin Kenyatta həmçinin bir daha bildirib ki, məhkəmə qərarına hörmətlə yanaşacaq.

Seçkinin nəticələrini ləğv etmək qərarı Afrikada görünməmiş bir haldır. Orada adətən hakimiyyət hakimlər üzərində hökmranlıq edir. Bu həm də ilk dəfədir ki, Afrikada məhkəmə hakimiyyətdə olan prezidentin qalib gəldiyi seçkiyə qarşı qərar çıxarır.

Bundan öncə o, cümə günü Nayrobidə keçirilən eksprompt mitinqdə məhkəməni xalqın seçiminə etinasızlıq göstərməkdə ittiham edib və baş hakimin həmkarlarını yalançı adlandırıb.

Prezidentin məhkəmə qərarından bəri etdiyi ictimai çıxışları avqustun 8-də keçiriləcək seçkidən öncə güclü seçki kampaniyası keçirmək niyyətində olduğunu göstərir.

İndi isə seçki komitəsi diqqət mərkəzindədir. Məhkəmə komissiyanın “prezident seçkisini konstitusiyaya müvafiq qaydada keçirmədiyinə” dair qərar çıxarıb.

Cümə günü Ali Məhkəməyə seçki komissiyası ilə bağlı petisiya irəli sürən koalisiyanın müxalifət lideri Raila Odinqa deyib ki, komissiya rəsmiləri ilə bağlı cinayət işi açılmalıdır.

Seçki komissiyasının sədri komissiya daxilində işçi dəyişikliyinin baş tutacağını bildirib, lakin bunun mexalifət üçün yetərli olub-olmadığı aydın deyil. Bütün komissiyada dəyişiklik etmək iki ay ərzində yeni seçki keçirmək səylərini çətinləşirə bilər.

Ötən ay keçirilən seçki Afrikada keçirilən ən bahalı seçki olub Səsvermədən öncə Keniyanın dövlət xəzinəsi seçkinin 480 milyon dollara başa gəliyini bildirib.

Təhlilçilər deyir ki, prezidentin ədliyyə sistemi ilə bağlı ən son şərhləri narahatedicidir.

Cümə günü baş hakim Deyvid Maraqa deyib ki, Ali Məhkəmənin qərarını altı hakimdən dördü dəstəkləyib və Kenyattanın qələbəsini “yanlış və qanuni qüvvəsini itirmiş” adlandırıb.

Məhkəmə qərarının detalları 21 gün ərzində açıqlanacaq. Ötən ay keçirilən seçkidən öncə Maraqa ədliyyənin müstəqiliyini vurğulayıb.

2007-ci ildə keçirilən seçkidən sonra baş verən qırğının ardınca ədliyyə sisteminə inamı bərpa etmək məqsədilə Keniyanın ədliyyəsində bir çox dəyişiklik edilib.