Kim En Ce: “ABŞ-ın müasir siyasəti müharibə törətməkdən ibarətdir”

Şimali Koreya ABŞ-ın təzyiq tədbirlərinə çox güclü cavab verəcəyini bəyan edib.

Abzas.net xəbər verir ki, Şimali Koreyanın xarici iqtisadi əlaqələr naziri Kim En Ce bu barədə bəyanat səsləndirib.

Bəyanatda bildirilir ki, ABŞ-ın sanksiya və təzyiqlərinə güclü cavab tədbirləri görüləcək.

Nazir jurnalistlərə açıqlamasında deyib: “ABŞ heç vaxt  atom və hidrogen bombalarına, qitələrarası ballistik raketlərə sahib bizim dövlətin statusunu unutmamalıdır. Birləşmiş Ştatların müasir siyasəti yarımadada müharibə törətməkdən ibarətdir”.