London metrosunda partlayış baş verib

London metrosunda partlayış baş verib.

Abzas.net xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.

Partlayış “Parsons Green” stansiyasında baş verib.

Hadisə nəticəsində ən azı 20 nəfər yaralanıb.

Britaniya polisi məlumatı təsdiqləyib və hadisə yerində hüquq-mühafizə orqanlarının araşdırma apardığını qeyd edib.

“The Sun” qəzetinin yaydığı şəkillərə əsasən, partlayış və ardınca alovlanma vaqonda olan vedrədə baş verib.

“The Sun” qəzetinin metronun içindən yaydığı şəkil