Məkkədə şeytana daş atmaq mərasimində təhlükəsizlik tədbirləri gücləndirilib

Məkkədə şeytana daş atmaq mərasiminin keçirildiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

“Report”un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında Həcc ziyarətini həyata keçirən təqribən 2 milyon zəvvar Mina vadisində şeytana daş atmaq mərsimini icra edəcək.

Ümumiyyətlə, bu mərasim gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir. Buraya polis helikopterləri də cəlb olunub. Bu, əvvəlki illərdə şeytanı daşlamaq mərasimi zamanı yaranmış sıxlıq səbəbindən insanların həlak olması ilə bağlıdır. Belə ki, 2015-ci ildə 700-dən çox insan həlak olmuş, 800-dək adam yaralanmışdı.