Qəbələdəki meşə yanğınları nəzarət altına alınıb

Qəbələ rayonunda baş vermiş meşə yanğınları tam nəzarət altına alınıb.

Abzas.net xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.

“Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə yanğınların söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınlar tam nəzarət altına alınmışdır. Hazırda bəzi tüstülənmə mənbələrinin söndürülməsi üçün zəruri tədbirlər görülür. Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunmuşdur”, – deyə, məlumatda bildirilib.