“Qəbələdəki meşə yanğınları söndürülüb” – FHN

28 avqust 2017-ci il tarixindən Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğının söndürülməsi əməliyyatı başa çatmışdır.

Abzas.net xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, yanğın 7 sentyabr tarixində saat 17:00 radələrində söndürülmüşdür.

Ötən günlər ərzində həyata keçirilmiş təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınların yaşayış məntəqələrinə və təsərrüfat sahələrinə keçməsinin qarşısı alınmış, əhali arasında xəsarət alan olmamışdır.

Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunmuşdur.