“Qazprom” Azərbaycanda nümayəndəlik açır

“Qazprom” şirkətinin Direktorlar Şurası oktyabrın 2-də qiyabi şəkildə Azərbaycanda nümayəndəliyin açılmasını razılaşdıracaq

“Interfax” agentliyinin yaydığı məlumat görə, “Şahdəniz” yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb

“Qazprom” 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra “Şahdəniz” yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.

2010-cu ildən etibarən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Nəql olunan qaz Dağıstanın “mavi yanacaq”la təchiz olunması üçün istifadə olunub. 2013-cü və 2014-cü illərdə təmir işləri ilə əlaqədar nəql bir neçə dəfə dayandırılıb. 2015-ci ildə isə nəql olmayıb. Həmin il “AzMeCo” şirkəti Rusiyadan qaz idxal etmək istəyib. Danışıqlar “Qazprom” və SOCAR arasında aparılıb.