Rusiya polisi müxalifətçi Aleksey Navalnını Moskvada evinin qarşısında saxlayıb

Rusiya müxalifətinin lideri Aleksey Navalnı Moskvada evinin qarşısında polis tərəfindən saxlanılıb

“İnterfak” xəbər verir ki, bu barədə onun özü “Instagram” səhifəsində yazıb.

“Vağzala getmək üçün evdən çıxan zaman məni girişdə saxladılar. Hadisə kinolarda olduğu kimi baş verdi: maşın gəldi, onun içindən polislər düşdü. Deyəsən, DİN-in “Danilovski” bölməsinə aparırlar”, – müxalifətçi bildirib.

Bu gün axşam A.Navalnının tərəfdarları Nijni Novqorodda hökumət orqanları ilə razılaşdırılmamış etiraz aksiyası keçirməyi planlaşdırır.