Rusiyanın ABŞ-dakı yeni səfiri Trump-la görüşəcək

Rusiyanın ABŞ-dakı yeni səfiri Anatoliy Antonov bu gün Ağ Evə gedəcək və prezident Donald Trump-ın qəbulunda olacaq.

Bir həftə əvvəl bu posta təyin edilən səfir ABŞ prezidenti ilə rəsmi görüş keçirməlidir. Görüşdə diplomatik missiyanın akkreditasiyası üçün Trump-a etimad məktubu təqdim ediləcək.

Xəbərə görə, tədbirdə digər dövlətlərin səfirləri də iştirak edəcək. Etimad məktubu təqdim edildikdən sonra Antonov rəsmi status qazanacaq.

Antonov 31 avqust tarixində Vaşinqtona uçub və Sergey Kislyak-ı əvəz edib. Kislyak isə Trump-ın seçki kampaniyası ilə münasibətdə ittiham edilir.