Səfir: “Aİ ilə Azərbaycan arasında imzalanacaq yeni saziş hər iki tərəf üçün faydalı olacaq”

“İki ölkə arasında əlaqələr baxımından 25 il çox kiçik müddətdir, amma buna baxmayaraq Azərbaycanla Niderland arasında münasibətlər çox yüksək səviyyədə inkişaf edib”.

Abzas.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib.

Səfur deyir ki, bu əlaqələr siyasi, iqtisadi, ticarət, insan haqqları, demokratiya sahələrində yüksələn xətlə inkişaf edir: “Qısa müddət ərzində biz hər iki xalqa fayda verə biləcək əlaqələr qura bildik”.

Diplomat əlavə edib ki, Niderland yaxın zamanlarda mədəniyyət, korrupsiyaya qarşı mübarizə, insan haqqları, selektiv abortların qarşısı alınması və ədliyyə sahədə bir sıra layihələr həyata keçirməyi planlaşdırır.

Azərbaycanla Avropa İttifaqı arasında bu yaxınlarda imzalanması nəzərdə tutulan strateji əməkdaşlıq üzrə yeni saziş barədə danışan səfir ümidvar olduğunu bildirib ki, bu saziş hər iki tərəf üçün faydalı olacaq.