Suriyada sutka ərzində 100-dən çox İŞİD silahlısı məhv edilib

Photo: Stringer/REUTERS/

Suriya ordusu Deyr-ez-Zor əyalətində  Rusiya aviasiyasının dəstəyi ilə 100-dən çox İŞİD silahlısını məhv edib.

APA-nın xəbərinə görə, bu barədə “Əl-Məyədin” telekanalı əyalətin qubernatoru Məhəmməd İbrahim Səmraya istinadən məlumat verib. Hədəfdə əsasən terrorçuların qərargah və silah anbarları olub.

“Hazırda hökumət qüvvələri Cebel at-Tarda yaylası istiqamətində irəliləyərək yaxınlıqdakı yaşayış məntəqələrini terrorçulardan təmizləmək niyyətindədirlər” – deyə qubernator bildirib.

Ötən gün Suriyanın Deyr-ez-Zor əyalətində  İŞİD silahlılarının avtomobil konvoyunu atəşə tutması nəticəsində iki Rusiya hərbçisi həlak olub.