Tramp Putini BMT-də islahatlar üzrə zirvə toplantısına dəvət etməyib

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Nyu-Yorkda keçiriləcək dünya liderlərinin BMT-nin islahatı üzrə zirvə toplantısına dəvət etməyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirib.

“Bildiyimə görə, tədbirdə iştirakla bağlı dəvət daxil olmayıb”, deyə jurnalistlərin suallarını cavablandıran Y.Uşakov bildirib.

ABŞ prezidenti Donald Tramp bu ay Nyu-Yorkda BMT-nin islahatı üzrə dünya liderlərinin zirvə toplantısını keçirmək niyyətindədir. Tədbirin BMT Baş Assambleyasının 72-ci sessiyası ərəfəsində keçiriləcəyi nəzərdə tutulub.

BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-də başlayacaq.