“Türkiyə prezidenti ilə danışmaq qərb liderləri üçün dəyərdi” – Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan İstanbulda bayram namazı qıldıqdan sonra jurnalistlərin bir sıra suallarını cavablandırıb.

Abzas.net xəbər verir ki, bu barədə “Hurriyet” məlumat verib.

Suriya və İraqdakı döyüşlər, ölkədə terrorla mübarizə səbəbilə bayrama kədər içində daxil olduqlarını bildirən Erdoğan Fransa prezidenti Macron-un onun barəsindəki fikirlərinə də münasibət bildirib.

“Açığı, onun nə demək istədiyini tam anlamış deyiləm. Bunu hörmətli Macron-dan soruşmaq lazımdır. Yalnız bir şeyi deyə bilərəm ki, danışmaq təşəbbüsü hər zaman onlardan gəlir və mən bu istəyi rədd etmək istəmərəm. Çünki dost sayını çoxaltmaq və bizə mənfi nəzərlə baxanların sayını azaltmaq istəyirəm. Mən, Macron-un dediklərinə heç də mənfi yanaşmıram, tam əksinə, Türkiyə prezidenti ilə görüşməyin onlar üçün əlavə dəyər olduğunu düşünürəm.

Fransa prezidenti Emmanuel Macron “Le Point” jurnalına müsahibəsində dünya lideri olmağın çətin bir şey olduğunu bildirib, buna misal kimi isə tez-tez Erdoğan-la telefonla danışmaq məcburiyyətini göstərib.