UEFA Zabit Səmədovu “Qarabağ”ın ulduz azarkeşi seçib

UEFA Çempionlar Liqasında çıxış edən komandalarının ulduz fanatları siyahısında dəyişiklik edib.

“Report”un məlumatına görə, bununla bağlı hazırlanmış yazıda “Qarabağ”ın yeni ulduz fanatı kimi Zabit Səmədov göstərilib.

Məqalədə bildirilir ki, Azərbaycanın ən güclü kikboksçularından olan Səmədov Ağdam komandasının azarkeşidir. O, hələ qrup mərhələsindən əvvəl klubu şəxsi “İnstagram”ında bu sözlərlə dəstəkləyib: “Biz sizin üçün dua edəcəyik, uşaqlar. Sən mənim qəhrəmanımsan. Allah səninlədir. Sən ən güclüsən”.

Zabit Səmədov ulduz fanat kimi Bəhram Bağırzadəni əvəzləyib.