Vəkil Elçin Sadıqov Mehman Hüseynovla görüşüb

23 sentyabrda vəkil Elçin Sadıqov 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynovla görüşüb.

Abzas.net xəbər verir ki, bu barədə Elçin Sadıqov özü məlumat yayıb.

Vəkil bildirib ki, sentyabrın 29-u Ali Məhkəmədə Mehman Hüseynovun kasasiya şikayətinə baxılacaq. Elçin Sadıqov Mehman Hüseynovla görüşdə əsasən bu məsələ ətrafında danışdıqlarını bildirib.

“Mehman Hüseynov həmin prosesdə iştirakından ötrü rəsmən müraciət edib. Qanunvericiliyin tələbinə görə, kasassiya şikayətinə baxılarkən onun iştirakı təmin edilməlidir. Görüşümüzdə Mehman Hüseynov onu müdafiə edən hər kəsə təşəkkürünü bildirdi”, – deyə, vəkil bildirib.