“Yeni Həyat” MMC müflis elan edildi

“Yeni Həyat” MMC müflis elan olunub. Bununla bağlı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qətnaməsi ilə MMC (VÖEN:1500011251) müflis elan edilib.

Abzas.net xəbər verir ki, Əliyev Elşən Qəni oğlu “Yeni Həyat”ın əmlak inzibatçısı təyin edilib.

“Yeni Həyat“ MMC-nin (iflas prosesində olan) kreditorlarının ilkin yığıncağı 12 sentyabr 2017-ci il saat 9.00-da Bakı şəhəri, Ə.Dəmirçizadə küçəsi 16 nömrəli ünvanda keçiriləcək.

Xatırlatma

“Yeni Həyat” MMC 2015-ci ilin fevral ayında başlandığını elan edib. Həmin vaxt “Yeni Həyat Şirkətlər Qrupu”nun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bağlanan “Yeni Həyat” MMC-nin “Yeni Həyat Şirkətlər Qrupu”na heç bir aidiyyəti yoxdur.

“Yeni Həyat” MMC və “Yeni Həyat Şirkətlər Qrupu” MMC-ni ad oxşarlığından başqa hər hansı hüquqi və faktiki əsaslar bağlamır.

“Yeni Həyat Şirkətlər Qrupu” MMC hazırda Azərbaycanın tikinti sektorunda önəmli paya sahibdir.

Amma “Yeni Həyat” MMC və “Yeni Həyat Şirkətlər Qrupu” MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanlar eynidir (Nobel prospekti,15, “Azure” kompleksi).

“Yeni Həyat” MMC 2002-ci ildə yaradılıb.