Əfqanıstanda məsciddə partlayış baş verib: ən azı 72 nəfər ölüb

Əfqanıstanda iki məsciddə partlayış törədilib.

Azbas.net xəbər verir ki, Kabildə və Qor əyalətində partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.

Baş vermiş partlayışlar nəticəsində ən azı 72 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.