Əliyev və Sarkisyanın görüşü “konstruktiv” keçirilib

Azərbaycan və Ermənistan XİN başçıları və ATƏT-in Minsk Qrupunun həmsədrləri İlham Əliyev və Serj Sarkisyanın bugünki Cenevrə görüşünün yekunlarına dair birgə bəyanat yayıblar.

Məlumatda deyilir ki, iki ölkə liderinin görüşündə Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Edvard Nalbandyanla birlikdə ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (RF), Stefan Viksonti (Fransa) və Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edib.

Görüş “konstruktiv şəraitdə” keçirilib.

Prezidentlər danışıqlar prosesinin intensivləşdirilməsi və təmas xətti boyunca gərginliyin azaldılması üçün əlavə addımlar atmağa razılaşıblar.

Həmsədrlər uzun fasilədən sonra baş tutan danışıqlardan məmnunluqlarını ifadə ediblər.

Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərlə işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

Növbəti addım kimi yaxın günlərdə həmsədrlərin XİN başçıları ilə görüşünün keçirilməsi nəzərdə tutulur.