Əliyev yenə Sərkisyanla görüşə bilər

İlham Əliyev Ermənistan prezidenti ilə görüşə bilər

Abzas.net xəbər verir ki, Azərbaycan lideri bəyan edib ki, şənbə günü Bakıda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə Dağlıq Qarabağ probleminin nizamlanması üçün Ermənistan prezidenti ilə görüşü müzakirə edəcək.

İlham Əliyev bunu Avropa Şurasının siyasət və təhlükəsizlik komitəsinin nümayəndələri ilə görüşündə bildirib. Bir müddət əvvəl isə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bəyan etmişdi ki, Minsk qrupunun həmsədrləri cümə günü İrəvana, şənbə günü isə Bakıya səfər edəcəklər.

İlham Əliyev deyib: “Düşünürəm ki, danışıqlar formatı bərpa edilməlidir. Bir neçə gün sonra Minsk qrupunun həmsədrləri ilə görüşəcəm və növbəti danışıqları, ola bilsin ki, prezidentlər səviyyəsində görüşü müzakirə edək”.