16 oktyabrda İlham Əliyevlə Sarkisian arasında görüş baş tutacaq

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi açıqlanıb.

Abzas.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri arasında görüş oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

Görüş üçün təklifi ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bildirilir.