ABŞ-ın İstanbuldakı daha bir diplomatı barəsində həbs qərarı çıxarılıb

ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun daha bir əməkdaşı barədə həbs qərarı çıxarılıb.

Abzas.net xəbər verir ki, həmin şəxs hal-hazırda baş konsulluqdadır və binanı tərk etmir.

Türkiyə KİV-nin məlumatına görə, haqqında həbs qərarı verilən şəxsin həyat yoldaşı və övladı ifadə verir.

Bir neçə gün öncə ABŞ-ın İstanbuldakı baş konsulluğunun başqa bir əməkdaşı Metin Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.

Məhz bu həbsdən sonra ABŞ Türkiyə vətəndaşlarına qeyri-müəyyən müddətə viza sanksiyası tətbiq edib.

Cavabında Türkiyə tərəfi də ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Son məlumatlara görə, Türkiyə ədliyyə naziri ABŞ-ın Türkiyədəki səfiri John Bass-ın görüş təklifini qəbul etməyib.