ABŞ-ın sabiq prezidenti Şimali Koreyaya səfər edəcək

ABŞ-ın sabiq prezidenti Cimmi Karter Şimali Koreyaya səfər edə bilər.

Abzas.net xəbər verir ki, Karterin məqsədi Vaşinqton və Pxenyan arasında vasitəçi olmaq, Kim Çen İnlə danışıqlar aparmaq və Koreya yarımadasındakı gərginliyi azaltmaqdır.

Bu barədə məlumatı Corciya universitetinin əməkdaşı Pak Xan Sik verib. Pak Xan Karterlə görüşdən sonra bu fikri bildirib: “Cimmi Karter Şimali Koreya lideri ilə görüşmək və Koreya yarımadasında sülhü bərpa etmək üçün konstruktiv rol oynamaq istəyir. O, bunu 1994-cü ildə edə bilib. Karter Kim Çen İnlə danışaraq ABŞ və Şimali Koreya arasında sülh müqaviləsi imzalamaq istəyir. Sabiq prezident ikinci Koreya müharibəsinin qarşısını almaq niyyətindədir”.