ABŞ və Türkiyə arasındakı viza böhranı həll olunur

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert viza böhranı ilə bağlı açıqlama verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, gündəlik keçirilən mətbuat konfransında müsbət irəliləyişin olduğunu söyləyib.

“Türkiyə aparılan viza müzakirələri səmərəli  oldu. Uğurlu nəticələr əldə edilib”,- deyə Nauert bildirib.

ABŞ və Türkiyə arasındakı viza böhranı ABŞ konsulluğunun əməkdaşı, türkiyəli Metin Topuzu həbs edilməsi ilə başlamışdı. O, keçən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı törədilmiş çevriliş cəhdinə görə məsuliyyət daşıdığı iddia olunan terrorist şəbəkənin aparıcı üzvləri ilə müntəzəm olaraq ünsiyyət qurmaqda ittiham edilirdi.

Bundan sonra, ABŞ Türkiyədən olan bütün qeyri-immiqrant viza müraciətlərini müvəqqəti olaraq dayandırdı.

Səfirliyin verdiyi açıqlamada bildirilirdi ki, “Baş verən son hadisələr ABŞ hökumətini Türkiyə hökumətilə ABŞ Missiyasının təsis və şəxsi heyyətinin təhlükəsizliyinə bağlı münasibətlərini yenidən qiymətləndirməyə məcbur edib.”

Bəyanatda Türkiyənin öhdəliyini yenidən qiymətləndirilməsi səbəbləri göstərilməmişdi. Həmçinin viza müraciətlərinin nə vaxta qədər dayandırıldığı haqqında da heç bir məlumat yox idi.