Apellyasiya Məhkəməsi Gözəl Bayramlının vəsatətini təmin etməyib

Oktyabrın 13-ü Bakı Apellyasiya Məhkəməsində həbsdə olan AXCP sədr müavini Gözəl Bayramlı ilə bağlı vəsatətə baxılıb.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Zübeydə Sadıqova bildirib.

Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin Gözəl Bayramlı barəsində həbs müddətinin uzadılması ilə bağlı qərarını qüvvədə saxlayıb.

6 oktybardaNəsimi Rayon Məhkəməsi Gözəl Bayramlının həbs müddətinin dekabrın 25-dək uzadılması haqda qərar çıxarıb.

XATIRLATMA

Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.

Mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib.

Gözel Bayramlı və AXCP ittihamları qəbul etmir və bildirirlər ki, bu iş quramadır və bir-başa Azərbaycan Xalq Cəbhəsinə qarşı təzyiq üsuludur.