AŞPA-nın prezidentliyinə namizədlər bəlli olub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə namizədlər bəlli olub.

Abzas.net xəbər verir ki, Pedro Agramunt-un istefasından sonra boş qalan posta iki namizəd var.

Bunlar Kiprdən olan deputat Stella Stella Kyriakides və Litvadan olan deputat Emanuelis Zingeris-dir.

Prezident 9 oktyabrda Strasburqda keçiriləcək AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə seçiləcək və yanvarın 22-26-da Strasburqda keçiriləcək növbəti sessiyanın açılışına qədər AŞPA prezidenti vəzifəsini icra edəcək.