AŞPA-nın yeni prezidenti – Stella Kyriakides

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidentinin adı bəlli olub.

Abzas.net xəbər verir ki, AŞPA prezidentini yalnız 3 turdan sonra seçmək mümkün olub.

216 deputatın iştirak etdiyi səsvermədə 132 səslə Avropa Xalq Partiyası qrupunun (EPP) Kiprdən olan deputatı Stella Kyriakides qalib gələrək AŞPA-nın yeni prezidenti seçilib.

Digər namizəd, Litvadan olan Emanuelis Zingeris isə 84 səs toplamağa müvəffəq olub.

İlk iki turda baş tutmuş səsvermələr zamanı namizədlərdən heç biri tələb olunan səs baryerini keçə bilməmişdi.

Yeni seçilmiş prezident 2018-ci ilin yanvar ayına qədər bu vəzifəni icra edəcək.

Qurumun prezidentliyinə növbəti seçkilər AŞPA-nın yanvarda keçiriləcək qış sessiyasında baş tutacaq.