AŞPA prezidentini ilk turda seçmək mümkün olmayıb: ikinci tur keçiriləcək

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə seçkilər keçirilib. 

Abzas.net xəbər verir ki, səsvermənin ilk turunda sədri seçmək olmayıb. Belə ki, iki namizəddən heç biri seçkinin ilk turunda tələb olunan mütləq səs çoxluğunu toplaya bilməyib.

Kiprdən olan deputat Stella Kyriakides 126, Litvadan olan deputat Emanuelis Zingeris isə 84 səs toplayıb.

Səsvermənin ikinci mərhələsi bu gün bir qədər sonra keçiriləcək.