Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların siyasi mərhələsi keçiriləcək

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların yeni mərhələsi noyabrın əvvəlində Brüsseldə keçiriləcək.

Bu barədə APA-ya Aİ-nin Azərbaycan nümayəndəliyinin Siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib. O bildirib ki, görüşün təxminən noyabrın 6-7-də keçirilməsi gözlənilir.

D. Danilidis qeyd edib ki, müzakirələr siyasi istiqamət üzrə aparılacaq.